Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidentliyinə namizəd Donald Trampın vəziyyəti hazırda yaxşıdır.
Hafta.az xəbər verir ki, bu barədə sabiq prezidentin sözçüsü Stiven Çunun bəyanatında bildirilib.
O qeyd edib ki, Pensilvaniyada keçirilən mitinq zamanı sabiq prezidentə qarşı uğursuz sui-qəsd cəhdindən sonra səhhəti yaxşıdır:
“Prezident Tramp hüquq-mühafizə orqanlarına və ilk müdaxilə edənlərə bu iyrənc hadisə zamanı çevik hərəkətlərinə görə təşəkkür edir. Onun vəziyyəti yaxşıdır və yerli tibb müəssisəsində müayinə olunur”.